Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Rojin Stalinə görə Nikolu təhqir etdi: Sorosun zibili...

Tarix: 06-05-2023 13:42     Baxış: 3226 A- / A+


 
Əlbəttə, Soros zibillərinin Stalinlə bağlı atmacaları məhz Stalinin rəhbərliyi ilə əldə edilən Qələbə günü öncəsi oldu. Yöndəmsiz işləyir.
Manevr.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin Ermənistan Baş naziri Nikol Paşinyanın Stalinin müharibənin əvvəlindən bunkerdə olması barədə sözlərinə cavab olaraq deyib.
“Paşinyan deyir ki: “Hamımız Stalinin psixoloji cəhətdən daha hazırlıqlı vəziyyətdə olduğu fikri ilə qarşılaşırıq. Stalini öz rezidensiyasında üzü üstü döşəməyə uzanmış vəziyyətdə tapmışdılar. Əvvəlcə düşündülər ki, o xəstələnib, ölüb, tərpənmədən uzanır. Amma Stalin sağ və sağlam idi. Müharibənin başlanması xəbəri onu mənəvi baxımdan məhv etmişdi, çünki bundan əvvəl imzalanan müqaviləyə görə Almaniya ilə müharibə olmayacağını hesablayırdı. Şahidlərin sözlərinə görə, Stalin 3 gün üzü üstə yatır, nəhayət, onu inandırırlar ki, sən bu vəziyyətdəsənsə, gör bizim vəziyyətimiz necədir? Qalx, nəsə etmək lazımdır?” Bütün bunlar köhnə, Xruşşov nağıllarıdır və çoxdan ifşa olunub”, - Rojin bildirib.
O qeyd edib ki, Stalinin həmin günlərdə kimlərin ziyarət etdiyi barədə jurnallar çoxdan məxfilikdən çıxarılıb və müharibənin ilk günlərində kimlərlə işlədiyi, kimləri qəbul etdiyi, ölkəni müharibə relsinə necə keçirdiyi hər kəsə bəllidir.
“Müharibənin ilk günlərində Stalinin iş qrafikinə baxın:
21 iyun – 18:27-dən 23:00-a qədər – 13 nəfəri qəbul edib;
22 iyun – 05:45-dən 16:40-a qədər – 9 nəfəri qəbul edib;
23 iyun – 03:30-06:25 8 nəfər, 18:45-01:25 9 nəfər qəbul edib;
24 iyun – 16:20-21:30 – 20 nəfəri qəbul edib;
25 iyun – 01:00-6:50 – 11 nəfər, 19:40-01:00 – 16 nəfəri qəbul edib və s.
İstənilən şəxs üçün həmin günlərdə kimləri qəbul etdiyini öyrənmək çətin deyil. Vətən müharibəsi ilə bağlı bu kimi çoxsaylı yalanlar çoxdan tarixçilər tərəfindən tədqiq edilib və bağlanıb”, - o vurğulayıb

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar