Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Şoyqu cəbhəyə göndəriləcək silahlara baxış keçirib

Tarix: 05-05-2023 20:13     Baxış: 3318 A- / A+
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada cəbhə xəttinə göndəriləcək silah və hərbi-texniki vasitələrin hazırlığını yoxlayıb.

Manevr.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, nazir Sergey Şoyqunun Cənub Hərbi Dairəsində yoxlamalar apardığı bildirilib.

Şoyqunun “xüsusi hərbi əməliyyat”ın keçirildiyi bölgələrdə Rusiya hərbi birləşmələrinin lazımi şəkildə istifadə edilməsi üçün göndəriləcək silah və hərbi texniki vasitələrin hazırlığını yoxladığı bildirilən açıqlamada Rusiya müdafiə nazirinin müavini, Rusiya ordusunun maddi-texniki təminatına cavabdeh olan general-leytenant Aleksey Kuzmenkovun müdafiə sənayesindən təchiz edilən yeni partiyada müasir tanklar, zirehli texnikalar, xüsusi hərbi maşınlar nümayiş etdirdiyi bildirilib.

Nazir Şoyqunun döyüş meydanlarından çıxarılan silah və hərbi texniki vasitələrin saxlanması və təmirinə də nəzarət etdiyini vurğulayaraq, sürətlə təmir olunan silahların dərhal cəbhəyə göndərildiyi bildirilib.

“Rusiya müdafiə naziri Şoyqu general-leytenant Kuzmenkova xüsusi hərbi əməliyyatlar aparılan ərazilərdə qoşun qrupları üçün bütün zəruri silah və hərbi texniki vasitələrin fasiləsiz və ritmik təchizatına xüsusi nəzarət etmək tapşırığı verib”, - deyə məlumatda bildirilir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar