Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Puqaçova Yudaşkinin dəfnində iştirak edəcək

Tarix: 05-05-2023 16:32     Baxış: 3332 A- / A+

Sovet və Rusiya estrada müğənnisi Alla Puqaçova modelyer Valentin Yudaşkinin dəfn mərasimində iştirak etmək niyyətindədir.
Manevr.az xəbər verir ki, müvafiq məlumatı RBC öz Telegram kanalında dərc edib.
Müğənni Layma Vaykule sənətçinin dizaynerlə vida mərasiminə gəlməyi planlaşdırdığını bildirib. “Dünən Alla mənə dedi ki, o, Valentin Yudaşkinin dəfn mərasiminə uçur. "Valya bir neçə həftə əvvəl mənim yanıma xeyli xəstə gəlmişdi. İndi mən onun dəfn mərasiminə getməyəcəmmi?",- Vaykule Puqaçovanın sözlərini açıqlayıb.

Modelyer Valentin Yudaşkinlə vida mərasimi mayın 6-da Troyekurovski qəbiristanlığında baş tutacaq.

Valentin Yudaşkin çərşənbə axşamı, mayın 2-də 59 yaşında vəfat edib. Dizaynerin ölümünü onun həyat yoldaşı Marina Yudaşkina açıqlayıb. Ölümün səbəbi 2016-cı ildə məşhurda aşkar edilən son mərhələ böyrək xərçəngi və başdakı metastazlar olub.

Valentin Yudaşkin Moskva vilayətinin Odintsovo rayonunun Bakovka kəndində anadan olub. 1991-ci ildə Yudaşkin Paris Moda Həftəsində kolleksiyasını nümayiş etdirən ilk rus dizayneri olub. Modelyer Rusiya Olimpiya komandası üçün kostyumlar yaradıb, həmçinin RF Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün geyim formalarının hazırlanmasında iştirak edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar