Xəbər lenti
Məktəblərdə kürək çantaları qadağan edildi -ABŞ-da

ABŞ-ın Miçiqan ştatının Flint şəhərindəki dövlət məktəbləri silah zorakılığı səbəbilə ehtiyat tədbiri olaraq bel çantalarını qadağan etmək qərarına gəlib.
Manevr.az xəbər verir ki, NBC News-da yer alan məlumata görə, Flint şəhərinin təhsil şurasının yekdilliklə qəbul etdiyi qərar çərçivəsində dövlət məktəblərində kürək çantaları görünsə belə qadağan ediləcək.
Silah zorakılığının tez-tez baş verdiyi ABŞ-da keçən həftə Tennessi ştatında orta məktəb şagirdinin çantasındakı tapança təsadüfən partlayıb və sinifdə yaralanıb. Virciniya ştatında yanvar ayında 6 yaşlı şagird ibtidai məktəbə apardığı silahla müəllimini yaralayıb.
Flint təhsil şurasının valideynlər üçün hazırladığı “Tez-tez verilən suallar” sekmesinde verilən qərarın bəyanatında aşağıdakı ifadələr yer alıb: “Ölkə daxilində məktəblərə aparılan təhlükəli davranışların və silahların artdığını müşahidə edirik. Kürək çantaları tələbələrin silahla təmin edilməsini asanlaşdırır.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar