Xəbər lenti
Ağ Ev Kreml hücumlarının arxasında ABŞ-ın dayandığı iddiasını rədd edib
Ağ Ev pilotsuz uçuş aparatları (PUA) ilə Kremlə edilən hücumların arxasında Vaşinqtonun dayandığına dair iddiaları “gülünc” adlandırıb və ABŞ-ın bu hücumlarda iştirakının olmadığını bildirib.
Manevr.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi qatıldığı müxtəlif televiziya proqramlarında mövzu ilə bağlı danışıb.
Kremlin sözçüsü Dmitri Peskovun "belə qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilib" açıqlamasına, pilotsuz təyyarələrlə edilən hücumlarda ABŞ-ı ittiham etməsinə gəlincə, Kirbi Peskovun "yalan danışdığını" deyib.
"Açığı, bu, gülünc bir iddiadır. ABŞ-ın bununla heç bir əlaqəsi yoxdur", - Kirbi deyib. O, hücumların arxasında kimin olduğunu bilmədiyini deyib.
Liderlərə qarşı hücumları bəyənmədiklərini ifadə edən Kirbi, Ukraynanın öz ərazisi xaricində hücumlarını dəstəkləmədiklərini bildirib.
Kirbi ABŞ-ın bu hücumda iştirak etmədiyini vurğulayaraq, "Nə baş verdiyini hələ də dəqiq bilmirik" deyib.
Özünü və ya əməliyyatlarını müdafiə edərkən Ukraynaya heç bir şey diktə etmədiklərini irəli sürən Kirbi, Rusiyanın bu müharibədə “təcavüzkar” olduğunun vurğulayıb.
Kirbi Rusiyanın Ukraynanı dəstəkləyən ölkələri təxribata cəhd edə biləcəyi və NATO-nun kritik infrastruktur sistemlərinə ziyan vura biləcəyi xəbərinə gəlincə, deyib: "Bunun baş verəcəyinə inandırmaq üçün mənim heç bir xüsusi kəşfiyyatım və ya məlumatım yoxdur. Amma biz bacardığımız qədər ciddi şəkildə izləyirik"
Kirbi ABŞ Müdafiə Nazirliyindən sızdırılan Ukrayna ilə bağlı sənədlərə dair Ukrayna liderləri ilə danışdıqlarını da bildirib. Kirbi qeyd edib ki, Ukrayna ölkə daxilində hücum əməliyyatları apararkən demək olar ki, ehtiyacı olan hər şeyə malikdir və əlavə yardımla bu ölkəyə dəstək verirlər.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar