Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Aİ: Rusiya bu hücumdan bəhanə kimi istifadə etməməlidir

Tarix: 04-05-2023 20:12     Baxış: 3226 A- / A+

"Biz Rusiyanı, Kremlin Ukrayna tərəfindən edildiyini iddia etdiyi pilotsuz təyyarə hücumundan müharibəni qızışdırmaq üçün bəhanə kimi istifadə etməməyə çağırırıq".
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

Josep Borrell Aİ ölkələrinin inkişaf nazirlərinin görüşündən əvvəl Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına pilotsuz təyyarə ilə hücuma cəhd etməsi xəbəri ilə bağlı açıqlama verib.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin bu hücumlarla heç bir əlaqəsi olmadığını açıq şəkildə ifadə etdiyini deyən Borrell, Ukraynanın Rusiyaya qarşı özünü müdafiə etdiyini və Rusiya ərazisinə hücum etmədiyini bildirib.

"Biz Rusiyanı bu qondarma hücumdan müharibəni qızışdırmaq üçün bəhanə kimi istifadə etməməyə çağırırıq. Bizi narahat edən odur ki, bundan daha çox insanın hərbi xidmətə cəlb edilməsinə, daha çox qoşun yeridilməsinə, Ukraynaya daha çox hücuma haqq qazandırmaq üçün istifadə oluna bilər".

Aİ-nin ali nümayəndəsi Aİ-nin Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar