Xəbər lenti
Fransada seçkilərdə Makron qalib gəldi - YEKUN NƏTİCƏLƏR
Fransada ikinci tur prezident seçkilərinin yekun nəticələri açıqlanıb.
Artıq bülletenlərin 100 faizi hesablanıb.
Seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, Emmanuel Makron 66,06% , Marin Le Pen isə 33,94 səs toplayıb.
Ümumlikdə, E.Makrona 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.apa
***
Fransada ikinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.
Artıq bülletenlərin 98,26 faizi hesablanıb.
Fransa daxili işlər nazirliyinin məlumatına əsasən, sabiq iqtisadiyyat naziri, “En Marche!” ("İrəli!") hərakatının lideri Emmanuel Makron 65,82%, “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 34, 18 % səs toplayıb. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib.
Emmanuel Makron 1977-ci il, dekabrın 21-də Amyen şəhərində doğulub. 2004-2008-ci illərdə Fransa İqtisadiyyat nazirliyində müfəttiş vəzifəsində çalışıb. 2008-ci ildə “Rothschild & Cie” bankında fəaliyyətə başlayan E.Makron iki il sonra bankın idarəçi tərəfdaşı postunadək yüksəlib. 2012-2014-cü illərdə prezident Fransua Ollandın administrasiyasında çalışıb. 2014-cü ildə Fransanın İqtisadiyyat naziri təyin edilib. 2016-cı il, avqustun 30-da vəzifəsindən istefa verib. 2006-2009-cu illərdə Sosialist partiyasının üzvü olub, 2016-cı ildə “İrəli!” hərəkatını yaradıb. Evlidir.apa
***
Fransada ikinci tur prezident seçkilərinin nəticələri açıqlanır.
APA-nın BFMTV telekanalına istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən “En Marche” Hərakatının lideri Emmanuel Makron 65,9% səslə öndədir. Onun rəqibi , “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen 34,1% səs toplayıb.
M. Le Pen Emmanuel Makronu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
***
Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.
Bu barədə RTBF telekanalı xəbər verib.
Məlumata əsasən, səslərin 62-65 faizini toplayan “En Marche” (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.
Seçkilərin nəticələri ilə bağlı rəsmi məlumat yerli vaxtla saat 20:00-dən sonra açıqlanmağa başlayacaq.
Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar