Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim Saakaşvilinin real vəziyyətindən danışdı

Tarix: 04-05-2023 15:29     Baxış: 3216 A- / A+

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin həyatı hazırda təhlükə altında deyil, lakin tam müalicədən imtina etdiyi üçün onun fəsadları ola bilər.
Manevr.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Tbilisinin “Vivamed” klinikasının direktoru Zurab Çxaidze deyib.
Bundan əvvəl Saakaşvili sosial şəbəkələrdə növbəti dəfə huşunu itirdiyini və “ölüm astanasında” olduğunu yazmışdı. Siyasətçinin anası oğlunun vəziyyətinin ağır olduğunu və “skeletə çevrildiyini” bildirib.

“Onun vəziyyəti ağır hesab edilmir... Xəstədə ümumi zəiflik, başgicəllənmə, vaxtaşırı müvazinət itkisi var və bu, təəccüblü deyil. Tam yemədiyi üçün şüur itkisinin təkrarlana biləcəyi gözlənilir. Biz xəstənin ondan imtina etməsinə əsaslanaraq tam hüquqlu müalicə apara bilmərik”, - deyə həkim bildirib.

Çxaidzenin sözlərinə görə, klinika işçiləri xəstə və onun yaxınları ilə bir neçə dəfə pəhrizin yaxşılaşdırılması və ona kalorilərin əlavə edilməsini müzakirə ediblər, lakin “heç nə dəyişməyib”. Həkim qeyd edir ki, Saakaşvili yalnız simptomatik müalicə alır, tam hüquqlu dərman kursundan imtina edir, ona görə fəsadlarla üzləşə bilər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar