Ümumdünya Meteorologiya Təşkilatı (World Meteorological Organization - WMO) bu il temperatur rekordunun qırıla biləcəyini bildirib və xəbərdarlıq edib.
Alimlərin fikrincə, atmosferdəki karbon qazının səviyyəsini yetərincə azaltmasaq, gələcəkdə daha ciddi təhlükələrlə üzləşə bilərik.
Ötən illərdə bir çox ölkə, o cümlədən Türkiyə temperaturun artması səbəbindən meşə yanğınları ilə mübarizə aparır. Oxşar hallar bu il də baş verə bilər.
WMO havanın anormal temperatur artımı yaşadığını ifadə edən El Nino atmosfer hadisəsinin bu il təsirli ola biləcəyini açıqlayıb.
Ümumdünya Meteorologiya Təşkilatının mütəxəssislərinin fikrincə, son üç ildə dünyada La Nina effekti yaşanır və bu, qlobal temperatur artımını cilovlamaqla müəyyən dərəcədə El Nino-nun qarşısını alır.
Ancaq buna baxmayaraq, El Nino-nun sonrakı aylarda təsirli ola biləcəyi və rekord temperatur artımının yaşana biləcəyi bildirilib.
WMO-ya görə, qeydə alınan ən yüksək temperatur 2016-cı ildə, El Nino və iqlim dəyişikliyinin birgə mövcud olduğu vaxt müşahidə olunub.
El Nino-nun 2023-cü ilin iyun və avqust ayları arasında baş vermə ehtimalı yüzdə 55 olaraq açıqlanıb.publika.az