Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əfqanıstanda ard-arda güclü zəlzələlər baş verdi

Tarix: 03-05-2023 17:16     Baxış: 3199 A- / A+

Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan əyalətində səhər saatlarından bir-birinin ardınca zəlzələlər baş verir.

Manevr.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamaya görə,  yerli vaxtla səhər saat 08:30-10:50 arasında baş verən 4,4 və 4,2 bal gücündə zəlzələlərin episentri Bədəhşan əyalətinin Hindukuş dağlarında yerləşən Curm və İskasim rayonları olub.

Daha sonra yerli vaxtla saat 14:21-də Kurm qəsəbəsi növbəti zəlzələ ilə silkələnib.

USGS bu zəlzələnin 193,6 kilometr dərinlikdə baş verdiyini və maqnitudasının 5,3 olduğunu açıqlayıb.

Zəlzələlər ölkənin şimal əyalətlərində, o cümlədən paytaxt Kabildə, eləcə də qonşu Tacikistan və Pakistanda hiss olunub.

Ölkənin şimal-şərqində, Tacikistan, Pakistan və Çinlə həmsərhəd olan Bədəxşan əyalətində tez-tez zəlzələlər baş verir.

Bundan əvvəl martın 21-də episentri yenidən Bədəxşan əyalətinin Curm rayonunda olan 6,5 bal gücündə zəlzələ baş verib və ölkənin bir çox əyalətlərində insanlar təşviş içində küçələrə axışıb.

Əfqanıstanın şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən il baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 1200-ə yaxın insan həyatını itirib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar