Xəbər lenti
Ukrayna Kremli vurdu -ŞƏKİL

Manevr.az xəbər verir ki, bu iddia Kremldən verilən açıqlamada öz əksini tapıb. “Biz hücumu Putinə qarşı sui-qəsd kimi qiymətləndiririk”, - Kreml bildirib.
Kreml rəsmiləri qeyd edib ki, Ukrayna dünən gecə iki pilotsuz təyyarə ilə Kreml Sarayına hücum etməyə cəhd edib.
Bildirilib ki, hava hücumundan müdafiə sistemlərinin vaxtında işə salınması ilə pilotsuz uçuş aparatları Kremlə hücuma keçmədən zərərsizləşdirilib.
Kreml rəsmiləri sözügedən hücumu Rusiya prezidenti Putinə sui-qəsd cəhdi və planlaşdırılan terror hücumu kimi qiymətləndirib. Hücum cəhdi nəticəsində Putinə zərər dəymədiyi qeyd edilib.
Kreml rəsmiləri hücum cəhdinə “zəruri bildiyi vaxt və yerdə” cavab vermək hüquqlarını saxladıqlarını bildiriblər.
Bununla belə, Kremlin sözçüsü Dmitriy Peskov Sputnik xəbər agentliyinə sui-qəsd cəhdindən sonra prezident Putinin iş proqramında heç bir dəyişiklik olmayacağını deyib.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar