Xəbər lenti
Zelenski Almaniyaya səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski mayın 13-14-də Almaniyaya səfər edəcək.
Manevr.az xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb.
Məlumata görə, Zelenski mayın 14-də Berlinə səfər edəcək.
Prezident Berlin hava limanının hərbi hissəsinə endikdən sonra “Ritz-Carlton” otelində qalacaq.
Səfərlə əlaqədar olaraq otelin yerləşdiyi Potsdamer Platz ətrafında ən yüksək səviyyədə təhlükəsizlik tətbiq olunacaq.
Mayın 14-də Zelenski Almaniya kansleri Olaf Şolz tərəfindən hərbi şərəflə qarşılanacaq.
İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Zelenski prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Aaxenə yola düşəcək və orada ona Beynəlxalq Böyük Karl Mükafatı təqdim olunacaq.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































