Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Erməni ekspert: Ermənistan nə ABŞ-a, nə də Rusiyaya güvənə bilər

Tarix: 03-05-2023 07:24     Baxış: 3354 A- / A+
“Azərbaycanlılar qarşılarında kimin dayandığını, Ermənistan rəhbərinin ölkəni idarə etmək iqtidarında olmadığını, zəif, müdafiəsiz ölkə ilə məşğul olduqlarını görürlər”.

Ermənistan mediası xəbər verir ki, bu barədə “The California Courier” qəzetinin təsisçisi və redaktoru Harut Sasunyan bildirib.

O, qeyd edib ki, bunu görən İlham Əliyev hər gün yeni güzəştlər tələb edir. Onun sözlərinə görə, hər gün Ermənistanın baş naziri Nikol Paşinyan növbəti güzəştə getmək üçün Əliyevin tələblərinə daha çox tabe olur.

“Bu, Azərbaycan Prezidentini getdikcə daha çox yeni tələblər irəli sürməyə vadar edir və o, heç vaxt əldə etdikləri ilə kifayətlənməyəcək”, - deyə Sasunyan söyləyib.

Xatırladaq ki, ABŞ-da Azərbaycan, Ermənistan xarici işlər nazirləri və ABŞ dövlət katibinin iştirakı ilə görüş keçirilib. Bundan sonra Moskvanın vasitəçiliyi ilə Rusiyada da bənzər görüşün keçirilməsi gözlənilir.

Qəzetin redaktorunun sözlərinə görə, bu iki görüş Azərbaycanla Ermənistan arasında problemlərin həllinə deyil, ABŞ və Rusiyanın maraqları ilə bağlı məsələlərin çözülməsinə yönəlib.

“Həm Moskva, həm də Vaşinqton təşəbbüsü ələ keçirməyə və regionda daha çox nüfuz sahibi olduğunu nümayiş etdirməyə çalışır. Eyni zamanda onlar bu monopoliyanı qarşı tərəfə vermək fikrində deyillər. Rusiya və ABŞ öz problemlərini həll edir, bizim yox. Ona görə də Ermənistan nə Rusiyaya, nə də ABŞ-a arxalanmalıdır”,-deyə Sasunyan qeyd edib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar