Xəbər lenti
ABŞ cənub sərhədinə qoşun yeridəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası ABŞ-Meksika sərhədinin mühafizəsinə kömək etmək üçün müvəqqəti olaraq 1500 hərbçi göndərmək qərarına gəlib.Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə adının açıqlanmasını istəməyən amerikalı məmur bildirib.
Qoşunların göndərilməsi COVID-19-un yayılması ilə əlaqədar qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasından sonra may ayının sonundan qeyri-qanuni immiqrasiyanın mümkün artmasına hazırlıqların bir hissəsi olacaq. Rəsmi bildirib ki, hərbçilər ABŞ Sərhəd Patrulunun işini tamamlayacaq, lakin heç bir hüquq-mühafizə əməliyyatı keçirməyəcək.
ABŞ səlahiyyətliləri bəzi koronavirus məhdudiyyətlərini yüngülləşdirməyə qərar veriblər. Məsələn, ABŞ-a gələn əcnəbilər, habelə federal işçilər və podratçılar üçün COVID-19-a qarşı məcburi peyvənd tələbini mayın 12-dən ləğv etmək qərarına gəliblər. Quru sərhədini keçərkən bəzi qeyri-ABŞ vətəndaşlarından artıq məcburi peyvənd tələb olunmayacaq.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































