Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Danimarka Ukraynaya 230 milyon avroluq yeni hərbi yardım paketi verəcək

Tarix: 02-05-2023 18:56     Baxış: 4219 A- / A+

Danimarka Ukraynaya hərbi yardım üçün 1,7 milyard kron (təxminən 230 milyon avro) ayırıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik lazımi hərbi texnikanın alınması üçün Kiyevə vəsait ayıracağını açıqlayıb. Yardım paketi çərçivəsində Danimarka hava hücumundan müdafiə sistemləri və sursatları Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verəcək.

“Danimarka Ukrayna Silahlı Qüvvələrinin qarşıdan gələn hücumda uğur qazanması və uzunmüddətli perspektivdə Ukraynanın uğurlu müdafiəsi üçün ən yaxşı şəraitin yaradılmasına kömək edir”, - Müdafiə nazirinin səlahiyyətlərini icra edən Troels Lund Poulsen bildirib.

Krallığın xarici işlər naziri Lars Lokke Rasmussen vurğulayıb ki, hazırda Danimarkanın Ukraynaya ümumi dəstəyi 11 milyard kron (təxminən 1,48 milyard avro) təşkil edir.

Daha əvvəl Danimarka və Hollandiyanın öz ehtiyatlarından Kiyevə birgə 14 Leopard 2 tankı bağışlayacaqları haqqında məlumat verilmişdi. .Onların göndərilməsi 2024-cü ilin birinci rübündə gözlənilir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar