Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

AİHM türkdilli siyasətçiyə verilən cəzanı “ifadə azadlığına” zidd hesab edib

Tarix: 02-05-2023 14:39     Baxış: 3227 A- / A+

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2013-cü ildə Bolqarıstanda keçirilən seçki kampaniyasında türkdilli siyasətçinin inzibati cəriməsinin ifadə azadlığını pozduğuna qərar verib.

Manevr.az xəbər verir ki, qərargahı Fransanın Strasburq şəhərində yerləşən AİHM 2013-cü ildə Bolqarıstanda keçirilən ümumi seçki kampaniyası zamanı türkcə danışan siyasətçi Lütfi Mestana 250 avro məbləğində inzibati cərimə tətbiq etmək qərarını açıqlayıb.

Məhkəmə diqqətə çatdırıb ki, Bolqarıstanda Seçki Qanunu seçki kampaniyalarında bolqar dilindən başqa bir dilin rəsmi dil kimi istifadəsini qadağan edir.

AİHM öz qərarında demokratik cəmiyyətdə plüralizm, tolerantlıq və azlıqların müdafiəsinin vacibliyini vurğulayaraq, Mestana qarşı tətbiq edilən inzibati cəzanın Avropa İnsan Hüquqları Konvensiyasının (AİHM) ifadə azadlığına dair 10-cu maddəsini pozduğuna qərar verib.
Məhkəmə Bolqarıstanın Mestana təzminat olaraq 3 ay ərzində məhkəmə xərcləri üçün 3200 avro və ümumilikdə 1200 avro ödəməsinə qərar verib.
Mestan 2013-cü ildə Bolqarıstanda keçirilən ümumi seçki kampaniyası zamanı türkcə danışırdı. Bolqarıstan rəsmiləri Mestanın ölkənin Seçki Qanununu pozduğunu iddia ediblər.
Əvvəlcə təxminən 1000 avroluq inzibati cərimə cəzasına məhkum edilən Mestan, Kotel Rayon Məhkəməsinə etdiyi müraciət nəticəsində məbləğ 250 avroya endirilib.
Mestan 2015-ci ildə bu hadisə ilə bağlı AİHM-ə müraciət edərək, AİHM-in ifadə azadlığına dair 10-cu maddəsinin və ayrı-seçkiliyin qadağan edilməsinə dair 14-cü maddəsinin pozulduğunu iddia edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar