Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Küveytin vəliəhdi parlamenti buraxdı

Tarix: 02-05-2023 14:10     Baxış: 3201 A- / A+

Küveytin vəliəhd şahzadəsi Məşəl əl-Əhməd əs-Sabah bu ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə tərkibi bərpa edilən Milli Assambleyanın (birpalatalı parlament) buraxılması haqqında fərman verib.

Manevr.az xəbər verir ki, bu barədə bazar ertəsi "KUNA" xəbər agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, fərman hökumətin “Əl-Küveyt əl-Yaum” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək. Sənədə əsasən, parlamentin buraxılması qərarı “millətin maraqları” ilə diktə edilib, çünki “Küveyt xalqı hakimiyyət mənbəyi kimi ictimai işləri idarə etmək və məqsədlərinə çatmaq üçün öz nümayəndələrini seçməlidir”.

Aprelin 18-də vəliəhd Milli Assambleyanın buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını elan edib. Bundan əlavə, o bildirib ki, seçkilərdən sonra hökumətlə parlament arasında yaranmış fikir ayrılıqlarının aradan qaldırılmasına yönələcək, qanunvericilik və icra hakimiyyətlərinin sui-istifadəsinə yol verilməyəcək siyasi və hüquqi islahatlar aparılacaq. Vəliəhdin bazar ertəsi verdiyi sərəncamda seçkilərin keçirilməsindən bəhs edilmir.

Martın 19-da Küveytin Konstitusiya Məhkəməsi 29 sentyabr 2022-ci ildə keçirilmiş Milli Assambleya seçkilərinin nəticələrini etibarsız sayaraq, üzvləri 2020-ci il dekabrın 5-də seçilmiş parlamentin tərkibini bərpa edib. Keçən il vəliəhd öz təbəələrinin işindən narazı olduğuna görə bu parlamenti buraxmaq qərarına gəlib. Onun sözlərinə görə, Küveytin siyasi arenasında “şəxsi maraqları millətin hesabına təmin etmək” cəhdləri mütəmadi olaraq müşahidə olunub ki, bu da həm ölkənin inkişaf perspektivlərinə, həm də icra və qanunvericilik orqanları arasında münasibətlərə mənfi təsir göstərib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar