Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər leqolardan hazırlanmış bioprinterlə dəri hüceyrələri istehsal etdilər

Tarix: 01-05-2023 15:38     Baxış: 3207 A- / A+

Legolardan yapılan bio yazıcıyla deri hücreleri üretildi



İngiltərənin Kardiff Universitetinin alimləri adətən çox bahalı olan bioprinteri legolardan düzəldərək dəri hüceyrələri istehsal ediblər.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, təkcə uşaqların deyil, böyüklərin də təxəyyüllərinə qapı açan, onlara nəsə dizayn və istehsal imkanı verən oyuncaq tikinti blokları olan legolar indi elmin xidmətindədir.
İngiltərənin Kardiff Universitetinin alimləri tikinti bloklarından istifadə edərək bioprinter yaradıblar.
Genetikada istifadə edilən biomaterialların təbii toxumalarını təqlid edərək təcrübələr aparmağa imkan verən və tibb aləmində ümid kimi görünən bioprinterlərin xərcləri normal olaraq çox yüksəkdir.
Buna görə də, dünyanın əksər tədqiqat qruplarının bu cihazlara sahib olmaq üçün büdcəsi yoxdur.
Lakin tikinti bloklarından hazırlanan bioprinter nisbətən aşağı qiymətə malikdir.
Leqolu alimlər tərəfindən hazırlanan bu üçölçülü bioprinter insan toxuması nümunələrini yarada bilir.
Alimlər hələ inkişaf mərhələsində olan bioprinteri inkişaf etdirməyi və onu tam miqyaslı modelə çevirməyi hədəfləyirlər.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar