Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə ilə Ermənistan arasında müəmma – Nə baş verir?

Tarix: 30-04-2023 14:02     Baxış: 3192 A- / A+


Ötən gün Türkiyənin “FlyOne Ermənistan” şirkətinin təyyarələrinə hava məkanını bağladığı üçün Parisdən glən təyyarə Kişinyova məcburi eniş etmişdi. Daha sonra təyyarə 4 saatlıq gecikmə ilə İrəvana gələ bilib.
Manevr.az axar.az-a istinadla xəbər verir ki, indiyə qədər “FlyOne Ermənistan” Türkiyənin hava məkanını niyə bu şirkət üçün bağladığına aydınlıq gətirməyib. Şirkətin rəhbəri Aram Ananyan da mediaya açıqlamasında bu sualı cavablandırmayıb, yalnız “sərnişinlər üçün hər şeyi etdiklərini” deyib.
RİA isə öz mənbələrinə istinadla yazıb ki, “FlyOne Ermənistan” aviaşirkətinin Türkiyə hava məkanı vasitəsilə Avropaya uçuşlarındakı problem İrəvandan müvafiq müraciətin olmaması ilə bağlı ola bilər.
“Ola bilsin ki, Ankara öz hava məkanından istifadə üçün müvafiq müraciət almayıb. Fakt budur ki, beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət səmasından istifadə etmək istədiyi ölkəyə ərizə ilə əvvəlcədən, uçuşdan qabaq müraciət etməlidir. Görünür, Türkiyə tərəfinə belə bir müraciət daxil olmayıb”.
Şirkətin “Türkiyə hava məkanını gözlənilmədən və əvvəlcədən elan etmədən, qəfildən” bağlaması barədə məlumata münasibətində isə mənbə bildirib ki, hava məkanının bu və ya digər səbəbdən bağlanması halında qarşı tərəf bu barədə əvvəlcədən məlumatlandırılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar