Aktyorlar Benedikt Kamberbetç və Jude Lou, yazıçılar Coan Roulinq və Conatan Franzen, musiqiçi Tom York, futbolçu Erik Kantona və 100-dən çox dünya ulduzu siyasətçi Aleksey Navalnının həbsdən azad edilməsi tələbi ilə Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış açıq məktub imzalayıblar.
Onlar məktubda bildiriblər ki, müxalifətçiyə qarşı irəli sürülən ittihamlar heç bir müstəqil hüquqi qurum tərəfindən tanınmayıb, ona verilən işgəncələr isə insanlıqdan kənardır.
Yuxarıda adları çəkilən məşhurlardan başqa məktubu həmçinin prodüser və rejissor Cey Cey Abrams, yazıçı Svetlana Aleksieviç, aktrisa Keyt Flitvud, yazıçılar Nil Qeyman və Mark Levi, aktyor Jan Reno və başqaları imzalayıb./oxu.az