Xəbər lenti
İran və İraq əlaqələri genişləndirməyə çalışır - Rəisi
İran və İraqın siyasət, iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində yaxşı əlaqələri var və iki ölkənin iradəsi əlaqələri inkişaf etdirməyə yönəlib.
Manevr.az "İrna"ya istinadən xəbər verir ki, bu barədə bu gün İran prezidenti İbrahim Rəisi bildirib.
İran hökumətinin başçısı İraq prezidenti Əbdül Lətif Rəşid ilə görüşdən sonra birgə mətbuat konfransında iraqlı həmkarı ilə konstruktiv danışıqların aparıldığını bəyan edib.
Ayətullah Rəisi İran və İraq arasındakı əlaqələri strateji adlandıraraq, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 10 milyard dolları keçdiyini və bu rəqəmin daha yüksək səviyyəyə çatdırıla biləcəyini qeyd edib.
Prezidentin sözlərinə görə, Tehran və Bağdad arasında infrastruktur, su, elektrik, qaz və enerji kimi sahələrdə əməkdaşlıq davam edir.
“İraqın təhlükəsizliyi İran üçün vacibdir. İki ölkə arasında təhlükəsizliklə bağlı razılaşma regionun təhlükəsizliyinə töhfə verəcək. İraqdakı ən az təhlükə İrandakı təhlükədir”,- keçən il imzalanan İran-İraq təhlükəsizlik razılaşmasına işarə edən Rəisi vurğulayıb.
Rəisi bildirib ki, amerikalıların bölgədə olması Yaxın Şərqin təhlükəsizliyini pozur. “İranın İraq və region ölkələri ilə münasibətləri ümumi maraqlara əsaslanır, lakin ABŞ öz maraqlarını düşünür”, - o əlavə edib.
İran hökumətinin başçısı deyib: İran və İraq arasında ikitərəfli əməkdaşlıq regional və beynəlxalq əməkdaşlığa səbəb ola bilər.
Prezident Rəisi ümidvar olduğunu bildirib ki, Rəşidin Tehrana səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsində dönüş nöqtəsi olacaq.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar