Xəbər lenti
Kosmosa çıxan ilk ərəb astronavt oldu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) astronavtı Sultan Əl Neyadi kosmos tarixinə düşüb. Əl Neyadi kosmosa çıxan ilk ərəb astronavt kimi qeyd olunur.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyanın (BKS) modulundan çıxan Sultan Əl Neyadi NASA astronavtı Stiv Bouenlə birlikdə gəzintiyə çıxıb. Gəzinti zamanı iki astronavt ISS-in generatorlarını gücləndirmək üçün çalışıblar. Əl Neyadinin kosmosa çıxması 30 dəqiqə davam edib.
Beləliklə, BƏƏ BKS-dən kənarda kosmosa çıxan 10-cu ölkə oldu.
BƏƏ prezidentinin müavini, baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Maktum Twitter hesabında Neyadinin kosmosa çıxması ilə bağlı paylaşım edib. Neyadinin Beynəlxalq Kosmik Stansiyada (ISS) təmir işlərinə qatıldığını bildirən Əl Maktum, “3 illik intensiv təlimdən sonra Sultan en-Neyadini bu gün ilk kosmosda gördük. Kosmosa çıxan ilk BƏƏ, ilk ərəb və ilk müsəlman. Biz bununla fəxr edirik” ifadələrindən istifadə edib.
Adına görə "Kosmosun sultanı" kimi tanınan Əl Neyadi 6 ay ISS-də qalacaq. O, həm də kosmosda olan ən uzun ərəb astronavtı kimi tarixə düşəcək.
Birləşmiş Ərəb Əmirliklərindən kosmosa gedən ikinci şəxs Əl Neyadi də Ramazan bayramı münasibətilə təbrik mesajı paylaşıb.
41 yaşlı Sultan Əl Neyadi kosmosda qaldığı müddətdə qeyri-qravitasiya mühitinin insan orqanizminə təsiri ilə bağlı araşdırma aparacaq.
İngiltərədə elektronika və rabitə mühəndisliyi təhsili alan Əl Neyadi 20 il Birləşmiş Ərəb Əmirlikləri ordusunda xidmət edib.
Birləşmiş Ərəb Əmirlikləri son vaxtlar kosmos tədqiqatlarını sürətləndirib. Ölkə 2021-ci ildə Marsa, keçən il isə Aya pilotsuz kosmik gəmi göndərib.
Nigar N.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar