Xəbər lenti
Zelenski: İnanıram ki, Krımın Ukraynanın nəzarətinə qaytarılmasında uğur qazanacağıq
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı əks-hücum planlaşdırdığını açıqlayıb. O bu hücumla Rusiya qüvvələrini dəf edəcəklərinə və Krımı Ukraynanın nəzarəti altına almaqda uğur qazanacaqlarına inandığını bildirib.
Manevr.az xəbər verir ki, Finlandiyanın YLE xəbər agentliyinə və digər Skandinaviya xəbər mənbələrinə danışan Zelenskiy Ukrayna-Rusiya müharibəsinin başlanğıcından bəri Skandinaviya ölkələrinə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Skandinaviya ölkələrinin sözlərindən dönmədiyini vurğulayan Zelenski Finlandiyada qurulacaq yeni hökumətlə yaxşı əlaqələr qurmaq istədiyini bildirib.
Ukraynanın uğurunun böyük ölçüdə Qərbin davamlı silah tədarükündən asılı olduğunu qeyd edən Zelenski, "Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahların sayı vacibdir" deyib.
Rusiya qoşunlarının gündən-günə motivasiyasını itirdiyini vurğulayan Zelenski əks-hücum üçün heç bir təfərrüat və ya cədvəl açıqlamayıb.
Zelenski deyib ki, “biz müharibəyə öyrəşmişik” deməyə haqqı yoxdur və müharibə şəraitində olan bir ölkəni idarə etməklə atalığı tarazlaşdırmaq cəhdi qeyri-mümkün bir işdir.
İnsanların ona pis prezident olmadığını dediklərini vurğulayan Zelenski, "hazırda qətiyyən yaxşı ata deyiləm. Uşaqlarımı həyat yoldaşım və savaş böyüdür" deyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar