Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Aİ: Rusiyanın mülki şəxslərə hücumları müharibə cinayətidir

Tarix: 28-04-2023 17:57     Baxış: 3252 A- / A+

Avropa İttifaqı (Aİ) Rusiyanın səhər saatlarında Ukraynanın bəzi şəhərlərinə təşkil etdiyi hava hücumlarında mülki şəxslərin hədəf alındığını, mülki şəxslərə qarşı hücumların müharibə cinayəti təşkil etdiyini və səbəbkarların məsuliyyətə cəlb ediləcəyini açıqlayıb.

Manevr.az-ın xarici mediaya istinadən xəbərinə görə, Aİ Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Peter Stano mətbuat konfransında bildirib ki, hücumlar zamanı aralarında uşaqların da olduğu mülki vətəndaşlar ölüb və ya yaralanıb.

Müharibə başlayandan bəri Rusiyanın, xüsusilə Ukraynanın cəbhəyə yaxın şəhər və qəsəbələrində mülki əhalini və mülki infrastrukturu hədəf aldığını bildirən Stano, qəlpə parçalarının məktəblərdəki uşaqlar kimi bir çox mülki vətəndaşa təsir etdiyini bildirib.

Stano əlində tutduğu qəlpəni göstərərək, hər partlayışdan sonra havaya atılan bomba parçalarının unudulmaması üçün açar zəncirinə çevrildiyini deyib.

"Rusiyanın mülki əhaliyə və mülki infrastruktura hücumları müharibə cinayətlərini təşkil edir. Hücumun əmrini verənlər, hücumları təşkil edənlər və onların işbirlikçiləri cəzasız qalmayacaqlar. Onların hamısı cavab verəcək",- Stano vurğulayıb.

Qeyd edək ki, Rusiya ordusu səhər saatlarında Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla Dnepr, Uman və Ukrainka şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə intensiv hücumlar həyata keçirib. Umanda mənzillərə raketlərin düşdüyü və hücumlarda aralarında uşaqların da olduğu 10 nəfərin həyatını itirdiyi açıqlanıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar