Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Pakistan Rusiyadan neft alır

Tarix: 28-04-2023 13:23     Baxış: 3281 A- / A+
Pakistan Rusiyadan neft alacaq.

Manevr.az “Express News” telekanalına istinadən xəbər verir ki, Pakistan Rusiya neftinin ilk partiyasını barreli 16-18 dollar endirimlə alacaq.
Mayın sonu və ya iyunun əvvəlində Kəraçi limanına 100 min tonluq neft göndəriləcək.

Pakistan neft tədarükü üçün Çin yuanı ilə Rusiya ilə hesablaşmaq niyyətindədir və bunun üçün Çin Xalq Bankında hesab açılıb.

Yuanla ödənişlər Pakistanın Rusiya neftinin idxalına qarşı Qərb sanksiyalarından yan keçməsinə və ölkədə dollar qıtlığı səbəbindən hesablaşmalarda çətinliklərin qarşısını almağa kömək edəcək.

Pakistanın neft naziri Musadiq Malik qeyd edib ki, İslamabad iki ölkə arasında bağlanmış razılaşmaya əsasən, neftin qiymətdə endirimlə tədarükü üçün Rusiyanın ilk sifarişini verib.

Rusiya və Pakistan yanvar ayında Rusiya neftinin tədarükü ilə bağlı razılığa gəlib və logistika, sığorta, ödəniş və ixrac həcmləri məsələlərində razılığa gəliblər.

Pakistan ölkənin enerji təhlükəsizliyi üçün Rusiyadan neft, mayeləşdirilmiş təbii qaz (LNG), boru kəməri qazı və digər yanacaqların idxalını nəzərdə tutan plan hazırlamaq niyyətindədir.

Pakistan Rusiyadan idxalın ölkənin neftə olan tələbatının 35%-ə qədərini ödəyəcəyinə inanır.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar