Xəbər lenti
Rusiya ordusu Ukraynada binaları vurdu: 8 ölü
Manevr.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumları davam edir. Rusiya ordusu gecə saatlarından etibarən 20-dən çox qanadlı raket və 2 pilotsuz uçuş aparatı ilə paytaxt Kiyev və Ukraynanın digər bölgələrini hədəf alıb.
Kiyev şəhər administrasiyasından verilən açıqlamada, martın 9-dan bəri paytaxta edilən ilk hücumda hava hücumu sirenlərinin səsləndiyi, 11 qanadlı raket və pilotsuz uçuş aparatının vurulduğu bildirilib.
Bildirilib ki, vurulan raketlərin hissələri və pilotsuz uçuş aparatları bir məhəllədə elektrik xətlərini və yola ziyan vurub, itki yoxdur.

Ukrayna polisinin verdiyi açıqlamaya görə, Rusiya ordusu paytaxt Kiyevdən təxminən 215 kilometr cənubda yerləşən Uman şəhərində 9 mərtəbəli binanı iki qanadlı raketlə vurub.
Əraziyə xilasedici və tibbi qruplar göndərilib. Hücum nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilib.
Binaya külli miqdarda ziyan dəyib.
Dnepropetrovsk vilayətinin qubernatoru Serhii Lısak Rusiyanın şərqindəki Dnepr şəhərini hədəf alan hücumda 31 yaşlı qadın və 2 yaşlı qızının öldüyünü, 4 nəfərin isə yaralandığını açıqlayıb. Hücum zamanı evlərə və iş yerlərinə də ziyan dəyib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar