Xəbər lenti
Ruslardan FED sədri Pauele telefon zarafatı
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, Fed sözçüsü yanvar ayında baş verən telefon danışığını və Pauellin aldadıldığını təsdiqləyib.
Görüşə aid olduğu iddia edilən videoda Pauellin inflyasiya proqnozu və Rusiya Mərkəzi Bankı ilə bağlı sualları cavablandırdığı görünür.
FED sədri Pauell ABŞ iqtisadiyyatında tənəzzül ehtimalının olduğunu etiraf edərək, daha 2 ay ərzində faiz dərəcələrinin dörddə bir bənd artırılacağını deyir.
FED sözçüsü videonun doğruluğunu təsdiq edə bilmədiklərini deyib və videonun redaktə edildiyini bildirib.
FED sözçüsü görüşün Ukrayna xalqına dəstək kontekstində keçirildiyini və heç bir həssas və ya məxfi məlumatın müzakirə olunmadığını qeyd edib.
Paueli idarə edən rusiyalı Vladimir Kuznetsov və Aleksey Stolyarov Putinin pərəstişkarları kimi tanınır.
İkili daha əvvəl ABŞ-ın keçmiş prezidenti Buş, Avropa Mərkəzi Bankının sədri Laqardı, Almaniyanın keçmiş kansleri Merkeli və Polşa prezidenti Dudanı telefonla aldadıblar.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar