Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da hərbi helikopterlər toqquşub: Ölənlər və yaralılar var

Tarix: 28-04-2023 12:09     Baxış: 3146 A- / A+

ABŞ-ın Alyaska ştatında iki hərbi helikopterin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki. Alyaskada təlim uçuşu zamanı Boeing AH-64 Apache tipli iki hərbi helikopter toqquşub. Qəzada ən azı 3 əsgərin həlak olduğu, 1 əsgərin yaralandığı bildirilib. ABŞ ordusu qəzanın səbəblərini araşdırır.
Hadisə ilə bağlı açıqlamasında general-mayor Brian Eifler qəzanın əsgər ailələri, əsgər yoldaşları və ordu üçün ağrılı bir itki olduğunu ifadə edərək, ordunun bütün imkanlarının əsgər ailələri üçün səfərbər edildiyini deyib.

Həyatını itirən əsgərlərin şəxsiyyəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, ABŞ ordusunda ötən aylar da oxşar hadisələr baş verib. Belə ki, fevral ayında Alyaskada Apaçi tipli helikopter aşıb və 2 əsgər yaralanıb. Mart ayında Kentukki ştatında gecə təlimi zamanı ABŞ ordusuna məxsus 2 Black Hawk tibbi təxliyə helikopteri toqquşub və qəzaya uğrayıb və 9 əsgər həlak olub.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar