Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Cənubi Koreya prezidenti Ağ Evdə mahnı oxuyub

Tarix: 27-04-2023 14:43     Baxış: 3333 A- / A+

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ağ Evdə şam yeməyində Don Makklinin klassik mahnısı olan "Amerikan pastası"nı şərh etməsi alqışlarla qarşılanıb.

Manevr.az-ın “New York Post”a istinadən xəbərinə görə, ABŞ-ın paytaxtı Vaşinqtonda rəsmi səfərdə olan Yoon Ağ Evdə şərəfinə verilən şam yeməyində sözügedən mahnını səsləndirib.

1971-ci ildə debüt edən mahnının ilk misrasını gözlənilməz bir performansla ifa edən Yoon məktəbdə olarkən "Amerikan Piesi"nin ən çox sevdiyi mahnılardan biri olduğunu bildirib.

Cənubi Koreya liderinin çıxışı mahnının Yoonun sevimli mahnısı olduğunu bilən ABŞ prezidenti Co Baydenin onu ruhlandırmasından sonra olub.

Yoon təxminən 1 dəqiqə pianonun müşayiəti ilə mahnını zümzümə edib. Zaldakı izdiham Yoonun gözlənilməz çıxışını ayaqda alqışlayıb.

Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Bayden Yoona “Sənin oxuya biləcəyini bilmirdim” deyib.

Naharın sonunda Bayden qonaq prezidentə şam yeməyinə gələ bilməyən sənətçinin göndərdiyi Maklinin imzası olan akustik gitara hədiyyə edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar