Xəbər lenti
Çinin kəşviyyat gəmisi kosmosda itib

Çinin Mars aparatı kosmosda itib. Səlahiyyətlilər kosmik gəminin həddindən artıq toz səbəbindən itməsi ehtimalını nəzərdən keçirir.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ilin mayında Marsa yumşaq eniş edən kosmosa aparan "Zhurong"dan xəbər yoxdur.
Özünü günəş şüaları ilə dolduraraq missiyasını davam etdirən kosmik gəmi 2022-ci ilin mayında sərt Mars qışı səbəbiylə kifayət qədər enerji tapa bilməyib və yenidən oyanmaq üçün yuxu rejiminə keçib.
Dekabr ayında oyanması gözlənilən vasitədən siqnalın alına bilməməsi maraq doğursa da, Çin səlahiyyətliləri kəşfiyyat maşınının taleyi ilə bağlı sükutu pozdu.
Açıqlamaya görə, kosmik tədqiqatçının üzərində qalın toz təbəqəsinin yığılması mümkündür.
Kosmik gəmi yığılan tozun 30 faizə çatdığı halda özünü yuxu rejiminə keçirmək üçün nəzərdə tutulmuşdu.
Mars tədqiqatçısının özünü oyatması üçün iki şərt var.
Kabindəki temperatur -15 dərəcədən çox isti olduqda və günəş şüaları minimum gündəlik enerji ehtiyacını ödəyə biləcək səviyyəyə çatdıqda avtomobil yenidən aktivləşə bilər.
Lakin ekspertlər bu iki şərtin yenidən yerinə yetiriləcəyinə çox da ümidli deyillər.
Çin mifologiyasında yanğın tanrısının adını daşıyan Zhurong kəşfiyyat vasitəsi Çinə Marsa enən üçüncü ölkə və yerdən dünya ilə uğurla əlaqə saxlayan ikinci ölkə titulunu qazandırıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar