Sizin Reklam Burada
Xəbər lenti
23-10-2026
BÜTÜN XƏBƏRLƏR

Moldova MDB çərçivəsində sazişlərin bir hissəsindən imtina edəcək

Tarix: 27-04-2023 13:34     Baxış: 3287 A- / A+

Moldova hakimiyyəti Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış sazişləri təhlil edir, bundan sonra onlar bəzi sənədlərdən geri çəkilmək barədə təkliflər verəcəklər.
Manevr.az xəbər verir ki, bunu prezident Maia Sandu aprelin 26-da "Jurnal"-a müsahibəsində bildirib.

Sandu qeyd edib ki, son 30 il ərzində “yüzlərlə” saziş imzalanıb.
“Hər il sənədlər imzalayırdılar, bir çoxuna ehtiyac yox idi. İndi bütün bunlar təhlil edilir”, - deyə o vurğulayıb.

Eyni zamanda, prezident xatırladıb ki, Moldovanın strateji vəzifəsi Avropaya inteqrasiyadır.
"Mən qəti şəkildə inanıram ki, Moldova bu onilliyin sonuna qədər Avropa İttifaqına üzv ola bilər",- Sandu deyib

Bundan əvvəl xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Moldova hökumətinin MDB çərçivəsində imzalanmış sazişlərin denonsasiyası prosesinə başladığını bildirmişdi. Hazırda Birlikdə qalmağın məqsədəuyğunluğu məsələsinə baxılır.

Sevinc 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar