Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

Trkiyədəki seçkilərlə bağlı xaricdə səsvermə başlayıb

Tarix: 27-04-2023 12:26     Baxış: 3260 A- / A+

Türkiyədə prezident və 28-ci dönəm deputatlarının müəyyənləşəcəyi 14 may seçkilərinə sayılı günlər qalıb. Seçki təqvimi irəliləyir.  

 Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün saat 08:00-dan etibarən xarici nümayəndəliklərdə və gömrük qapılarında səsvermə prosesi başlayıb.
Fevralın 6-da mərkəzi Kahramanmaraş olan 11 vilayətdə baş verən zəlzələlər səbəbindən yeni tədbirlərlə keçirilən seçkilərə 17 gün qalıb.
Bu seçkidə 5 il fəaliyyət göstərəcək prezident və parlamentin yeni üzvləri müəyyənləşəcək.
Rəcəb Tayyib Ərdoğan, Məhərrəm İncə, Kamal Kılıçdaroğlu və Sinan Oğan seçkidə prezidentliyə namizəd kimi yarışacaq.
Türkiyə üzrə ümumi parlament seçkilərinə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi qatılacaq.
Bəzi siyasi partiyalar “Cümhuriyyət”, “Millət”, “Ata”, “Əmək və Azadlıq” və “Sosialist Güc Birliyi” ittifaqları adı altında 5 fərqli ittifaqla seçkilərə girməyə qərar verib.
Bu çərçivədə AK Partiya, MHP, BBP və Yenidən Rifah Partiyası “Xalq ittifaqı” adı ilə seçkilərə qatılır.
“Millət Alyansı” CHP, Yaxşı Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokratiya və Atılım Partiyası (DEVA Partiyası) və Demokrat Partiyası tərəfindən yaradılıb.
Yaşıllar və Sol Gələcək Partiyası (Yaşıl Sol Partiya) və Türkiyə İşçi Partiyası (TİP) "Əmək və Azadlıq İttifaqı" adı altında seçkilərdə iştirak edir. Konstitusiya Məhkəməsində açılan iddiası davam edən HDP də Yaşıl Sol Partiyasının siyahılarından seçkilərə qatılır.
Zəfər Partiyası və Ədalət Partiyası “Ata” ittifaqı, Türkiyə Kommunist Partiyası, Türkiyə Kommunist Hərəkatı və Sol Partiya isə “Sosialist Qüvvələr Birliyi” adı ilə seçkilərdə iştirak edir.
Ölkə daxilində və xaricdə ümumilikdə 64 milyon 113 min 941 seçici səs verəcək. 4 milyon 904 min 672 seçici ölkədə ilk dəfə səs verəcək. Həbsxanada olan və ehtiyatsızlıqdan cinayət törətməkdə təqsirli bilinən seçicilərin sayı 53 min 172 nəfərdir.

Sevinc
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar