Xəbər lenti
Snayperlər Ukraynalı jurnalisti öldürdü, bir müxbir yaralandı

Rusiya işğalının davam etdiyi Ukraynada jurnalistlər yenə də hədəfdədir.
Manevr.az-ın yerli mətbuata istinadən xəbərinə görə, İtaliyanın “La Repubblica” qəzetində çalışan ukraynalı jurnalist Boqdan Bitik Xerson vilayətində snayperlər tərəfindən güllələnib.
Dnepr çayı üzərindəki Antonivski körpüsü yaxınlığında baş verən hücumda La Repubblica-nın müxbiri Korrado Zunino da yaralanıb. Xersonda xəstəxanaya yerləşdirilən Zuninonun müalicəsi davam edir.
"La Repubblica" Zunino və Bitikin Xerson bölgəsində şübhəli rus snayperlərinə qarşı pusquya düşdüklərini açıqlayıb. “Hər ikisi üzərində “Mətbuat” yazılmış gülləkeçirməz jiletlər olub”, – qəzet açıqlamasında bildirib. Ərazidə snayperlər aktiv olduğundan Bitikin cəsədini çıxarmaq mümkün olmayıb.
İtaliya mətbuatına açıqlama verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bitikin ölümündə rusların məsuliyyət daşıdığını bildirib. “Ruslar sizin rus, italyan və ya ukraynalı olmağınıza əhəmiyyət vermir, onlar sadəcə atəş açır”, - Kuleba deyib.
Rusiya hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı son hadisədən əvvəl Rusiyanın 24 fevral 2022-ci ildə işğala başladığı Ukraynada 8 jurnalistin öldürüldüyünü, 19 jurnalistin yaralandığını açıqlayıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar