Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Podolyak: Kiyev boş yerə nüvə silahından imtina etdi

Tarix: 26-04-2023 20:58     Baxış: 4173 A- / A+

"Kiyev boş yerə nüvə silahından imtina etdi".
Manevr.az  vesti.ru-ya istinadən xəbər verir ki, bunu Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Müşavir bildirib ki, ABŞ və bir sıra Qərb ölkələrinin Kiyevi nüvə silahından imtina etməyə məcbur edən siyasəti Ukraynada hazırkı münaqişəyə gətirib çıxarıb.
"Təəssüf ki, ABŞ bir sıra Qərb dövlətləri ilə birlikdə regionda zəmanətli təhlükəsizlik və sabitliyi təmin etmək üçün Ukraynanı nüvə və digər silahlardan imtina etməyə sövq etdi. Bu yanlış siyasət təcavüzkar tərəfindən yanlış şərh edildi və Avropada böyük müharibəyə səbəb oldu", - deyə Podolyak bildirib.
Müşavir hesab edir ki, Avropada sülhü təmin etməyin yeganə mümkün yolu Ukraynanın NATO-ya daxil olması ola bilər.

1994-cü ildə Ukrayna Budapeşt Memorandumunu imzaladı və digər imzalayan ölkələrin Ukraynanın təhlükəsizliyini təmin etmək vədi müqabilində nüvə silahı ehtiyatlarından imtina etdi.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada xüsusi hərbi əməliyyata (SVO) başlayıb. Prezident Vladimir Putin "SVO"-nun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb. ""SVO-nun məqsədi "Ukraynanın demilitarizasiyası və denazifikasiyası" həyata keçirmək, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarları məsuliyyətə cəlb etməkdir",- Putin deyib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar