Xəbər lenti
Rusiya təyyarəsi MS-21 3 milyard rubla başa gələcək

Rusiyanın ən yeni sərnişin təyyarəsi MS-21-in təxmini dəyəri 3 milyard rubl təşkil edəcək.
Manevr.az xəbər verir ki, bu barədə RİA Novosti-yə dövlət qurumlarındakı mənbə bildirib.
Mənbə qeyd edib ki, təyyarənin qiyməti analoji Boeing-dən iki dəfə ucuzdur.
"Yeni MS-21-in qiyməti təxminən 3 milyard rubl olacaq, oxşar Boeing 5-6 milyard rubla başa gəlir",- mənbə bildirib.
MS-21 sərnişin təyyarəsi layihəsinin digər təfərrüatları hələlik verilməyib.
MS-21, 163-211 sərnişin tutumuna malik yeni nəsil yerli orta məsafəli sərnişin təyyarəsidir.
Bundan əvvəl Rostec bəyan etmişdi ki, ilk rus mühərrikli MS-21 təyyarəsinin təhvil verilməsi 2024-cü ilə planlaşdırılıb.
Ekspert Roman Qusarov bildirib ki, Boeing və Airbus təyyarələrindən imtina etmək üçün Rusiyaya 600-dən çox MS-21 lazımdır.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































