Xəbər lenti
Aİ və Norveç "yaşıl ittifaq" yaradır
Avropa İttifaqı (Aİ) və Norveç iqlim dəyişikliyi, təmiz enerji, sənaye transformasiyası, karbonun tutulması, saxlanması və hidrogen kimi sahələrdə əməkdaşlığı artırmaq üçün “yaşıl ittifaq” yaradıb.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Norveçin baş naziri Jonas Qahr Store Brüsseldə keçirilən Aİ-Norveç Yaşıl Alyansının imzalanma mərasimində açıqlama veriblər.
Von der Leyen "yaşıl ittifaq"ın çox iddialı, yüksək səviyyəli iqlim və enerji tərəfdaşlığı olduğuna diqqət çəkərək, bunun Aİ-nin bir Avropa ölkəsi ilə ilk yaşıl ittifaqı olduğunu vurğulayıb.
Von der Leyen Aİ və Norveçin yaşıl ittifaqla sıx əməkdaşlığında yeni dövrə qədəm qoyduğunu, iqlim dəyişikliyi, təmiz enerji, sənaye transformasiyası və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın daha da gücləndiriləcəyini bildirib.
"Biz karbonun tutulması və saxlanması üzrə birgə işimizi genişləndirəcəyik",- fon der Leyen deyib.
Aİ və Norveçin təmiz hidrogen sahəsində işləri sürətləndirəcəklərini qeyd edən fon der Leyen dənizdə külək enerjisi istehsalının artırılmasının da onların ümumi məqsədi olduğunu bildirib.
Von der Leyen qeyd edib ki, Norveç xüsusilə keçən il enerji böhranı zamanı Avropaya göndərişləri artırmaqla öz "dostluğunu" nümayiş etdirib.
"Növbəti qışa və növbəti yanacaq doldurma mövsümünə hazırlaşmaq üçün Avropanın hələ də etibarlı və sərfəli qaz təchizatına ehtiyacı var”,- deyən Von der Leyen Norveçin gələcək illərdə yüksək qaz tədarükünü davam etdirəcəyindən məmnun olduğunu bildirib.
Digər tərəfdən, bu gün Belçikanın Ostend şəhərində Böyük Britaniya, Almaniya, Fransa, Hollandiya, Belçika, Danimarka, İrlandiya, Norveç və Lüksemburq liderləri və enerji nazirləri bölgədə dəniz külək enerjisi sərmayələrini və əlaqələrini artırmaq üçün Şimal Dəniz Sammitində bir araya gələcək.
Sevinc
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar