Xəbər lenti
Gürcüstanda İŞİD terror təşkilatının rəhbərlərindən biri saxlanılıb

Bu barədə Gürcüstan DTX məlumat yayıb. Məlumatda bildirilir ki, Terrorla Mübarizə Mərkəzi, Gürcüstan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə keçirdikləri tədbirlər nəticəsində M.Paksaşvilinin 2013-cü ildə Gürcüstanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. O, 2013-2015-ci illərdə qondarma “Hərbi əmirlər - Sezar və Tsikara Toxoşaşvili qardaşlarının qrupu”na daxil olub, adıçəkilən terror təşkilatının həyata keçirdiyi hücumlarda və hərbi əməliyyatlarda fəal iştirak edib.
Saxlanılan şəxsin İŞİD-in yüksək rütbəli hərbi komandirləri və həmin terror təşkilatının qruplarından birinin üzvləri ilə sıx əlaqələri olub. O, “müavin” vəzifəsini tutub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 328-ci maddəsi ilə (xarici terror təşkilatına qoşulma və terror fəaliyyətinə köməklik göstərmə) cinayət içi başlanılıb. M.Paksaşvilini 10 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. azərtac
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar