Xəbər lenti
Ermənistanda Türkiyə ilə sərhəddəki keçid məntəqəsi komitəyə verildi
Ermənistanda Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinin ərazisi Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib.
Manevr.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, proses martın sonunda başa çatıb və idarə artıq Kadastr Komitəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələr alıb.
Keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavabda bildirilib ki, işlər ilkin mərhələdədir. Şirak bölgəsindəki keçid məntəqəsi ilə də analoji prosesin nəzərdə tutulub-tutulmamasına gəlincə, bu keçid məntəqəsinin Komitənin yurisdiksiyasına verilmədiyi məlum olub.
Aprelin 21-də Ermənistan hökuməti gömrük-keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 1.9 milyon dollardır.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar