Xəbər lenti
Moskvadan Berlinə cavab: Alman diplomatlar deportasiya edildi

Manevr.az xəbər verir ki, Rusiya Berlin rəhbərliyinin qərarına cavab olaraq, alman diplomatların da eyni şəkildə ölkədən çıxarılmasına qərar verib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
"Almaniya hakimiyyəti növbəti dəfə rus diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəlib. Biz Berlinin Rusiya-Almaniya münasibətlərinin bütün strukturunu, o cümlədən diplomatik ölçüsünü cəsarətlə pozmağa davam edən bu hərəkətlərini qətiyyətlə pisləyirik", - bəyanatda deyilir.
“Almaniyanın düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiya da eyni qərarla alman diplomatlarını Rusiyadan çıxarıb və Almaniyanın ölkəmizdəki diplomatik nümayəndəliklərinin maksimum sayını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb”, - məlumatda qeyd olunub. Bildirilib ki, qərar 2023-cü il aprelin 5-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Moskvadakı səfiri G. von Geyr-ə çatdırılıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar