Xəbər lenti
Rusiyanın hücumu nəticəsində Ukraynada ölən uşaqların sayı AÇIQLANDI
Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 470 uşaq həlak olub, daha 949 uşaq yaralanıb.
Manevr.az "Ukrinform“a istinadən xəbər verir ki, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1419-dan çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayan prokurorların təqdim etdiyi rəsmi məlumata görə, 470 uşaq həlak olub, 949-dan çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - Ukrayna Baş Prokurorluğu Telegram-da yazıb.
Qeyd olunur ki, hazırda aktiv hərbi əməliyyatların davam etdiyi ərazilərdə, habelə müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə iş aparıldığı üçün bu rəqəmlər yekun deyil.
Ən çox uşaq Donetsk vilayətində - 452, Xarkov vilayətində - 275, Kiyev vilayətində - 127, Xerson vilayətində - 94, Zaporojjya vilayətində - 89, Nikolayev vilayətində - 86, Çerniqov vilayətində - 68, Luqansk vilayətində - 66 və Dnepropetrovsk vilayətində - 6 nəfər zərər çəkib.
Aprelin 21-də Rusiyanın Donetsk vilayətinin Nyu-York kəndini atəşə tutması nəticəsində 9 yaşlı uşaq yaralanıb.
Nigar Nəriman
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar