Xəbər lenti
Ermənistanda qadınlar könüllü olaraq məcburi hərbi xidmət keçəcəklər
Ermənistanın Müdafiə Nazirliyi “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunlara dəyişiklik və əlavələr təklif edib, bunun nəticəsində Ermənistan vətəndaşları olan qadınlar könüllülük əsasında məcburi hərbi xidmət hüququ ilə təmin ediləcək.
Manevr.az xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, Layihəni təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, qadınlar üçün 6 aylıq məcburi hərbi xidmət müddəti müəyyən ediləcək.“Məcburi hərbi xidmətə getmək üçün ərizə vermiş vətəndaşlara 6 aylıq xidmət müddətində hərbi xidmət keçmənin mənası yoxdur məntiqilə ailə vəzittəti ilə bağlı səbəblərinə görə müddətli həqiqi hərbi xidmətdən möhlət və vaxtından əvvəl buraxılma əsasları tətbiq edilmir. Çünki çağırışdan əvvəl ərizə verənin ailə şəraiti yoxlanılır”, - deyə Papikyan bildirib.
Bunun əvəzinə qadınların çağırış gününə qədər xidmətdən imtina etmək hüququ olacaq. Qadınların hərbi xidmət keçməsi püşkatma olmadan yalnız təlim hərbi hissələrində keçiriləcək. 6 aydan sonra tərxisetmə zamanı qadınlar 1 milyon dram fəxri ödəniş alacaqlar. Və səhhətinə görə xidmətdən vaxtından əvvəl azad olunduqda həmin məbləğ 6 aya bölünəcək və əmək stajı aylarının sayına uyğun olaraq fəxri ödəniş hesablanacaq. 6 aydan sonra Silahlı Qüvvələrdə xidmətini davam etdirmək istəyən qadınlar “Vətənin Müdafiəçisi” proqramı üzrə müraciət edərək 5 il müddətinə hərbi xidmətə keçə bilərlər.
“İlk baxışda görünə bilər ki, bu, qeyri-peşəkar orduya yönəlmiş addımdır. Amma biz peşəkar ordudan danışırıq, çünki deyirik ki, qadınlar könüllü olaraq çağırıla bilər və 6 aylıq məcburi xidmət keçə bilər. Bu 6 aylıq xidmət hərbi hissədə gəzinti olmayacaq. Normal hərbi xidmət olacaq”, - Paşinyan bildirib.
Baş nazir onu da qeyd edib ki, tərxis olunduqdan sonra qadın əsgərlər ordu ehtiyatını artıracaq və ya arzu olunarsa, səhrada xidmətini davam etdirəcəklər. Müzakirələrdən sonra hökumət layihəni təsdiqləyib. Yaxın vaxtlarda parlamentin müzakirəsinə təqdim olunacaq. Müdafiə naziri bildirib ki, icra hakimiyyəti qanunu təcili qəbul etməyə meylli deyil və yeni sərəncamın 2023-cü ilin qış çağırışında icraya verilməsi planlaşdırılır.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar