Xəbər lenti
İsveç erməniləri məyus etdi: XİN-nin özəl müraciəti
Xarici işlər naziri Tobias Bilstrom NATO-ya üzvlüklə bağlı danışıqların dalana dirənməsi fonunda Türkiyəni narahat etməmək üçün parlamentdəki İsveç-Ermənistan Dostluq Qrupuna özəl müraciət edib.
Manevr.az xəbər verir ki, bu barədə “Europeanconservative” yazır. Müraciətdə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinin builki anım mərasimini ləğv etmək tələb olunur.
İsveç Demokrat Partiyasından olan deputat, İsveç-Ermənistan Dostluq Qrupunun sədri Byorn Soder deyib ki, Xarici İşlər Nazirliyi koalisiya hökumətindəki hər bir partiyanın, yəni Moderatlar, İsveç Demokratları və Xristian Demokratların qrup liderlərindən anım tədbirini ləğv etməyi istəyib:
“Çünki bu, İsveçin NATO-ya qoşulma perspektivlərinə xələl gətirir”.
Soder Stokholmun “Svenska Dagbladet” (SvD) qəzetinə deyib:
"Partiyalarımızda bu il tədbir keçirməməyimizi xahiş etdilər. Hər il buna diqqət yetiririk. Düşünürəm ki, anım mərasimi keçirməmək bir az “soyqırım”dan sağ çıxanların üzünə tüpürməyə bənzəyir”.
Sol Partiyadan olan deputat Hakan Svennelinq də Xarici İşlər Nazirliyinin bu müraciətini təsdiqləyib:
“Geniş miqyasda anım mərasiminin keçirilməsi vacibdir. Nazirliyin bu qərarına icazə verilməməlidir”.
Bu məsələ ilə bağlı xarici işlər naziri Tobias Bilstrom də öz növbəsində “SvD”-yə deyib:
“Şübhə yoxdur ki, Osmanlı İmperiyasında erməni etnosuna və digər azlıqlara qarşı dəhşətli hadisələr olub. Ancaq yalnız bir neçə hökumət məsələyə açıq şəkildə münasibət bildirib və “soyqırım”ı tanıyıb. İsveç bu ölkələrdən biri deyil”.
Qeyd edək ki, 2010-cu ildə parlamentdəki deputatların əksəriyyəti 1915-ci ildə baş vermiş erməni “soyqırımı”nın tanınmasına səs verib. Lakin səsverməyə baxmayaraq, nə mötədil, nə də sosial-demokrat hökumətlər parlamentin qərarını təsdiqləyib.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar