Son aylar çoxları Rusiya prezidentinin səhhətinin vəziyyəti ilə bağlı fərziyyələr irəli sürür. Bəzilərinin sözlərinə görə, çox güman ki, Rusiya prezidenti hansısa tibbi prosedurdan sağ çıxıb.
Lakin söz-söhbətlər ötən bazar pravoslav Pasxa bayramından sonra daha da güclənib. Bəzi media yayımlanan fotonun elə-belə deyil, dərin çapığa bənzədiyini iddia edib.
Ukraynalı deputatı Aleksey Qonçarenko isə öz növbəsində Putinin o qədər də yaxşı görünmədiyini, çətinliklə hərəkət etdiyini və fotoda boğazındaki çapığın aydın göründüyünü bildirib.
"Diqqətlə baxsanız, bir növ şübhəli şəkildə Z hərfinə bənzəyir. Bilmirəm, bəlkə də bədənində bəzi başqa izlər də var. Amma aydındır, çox güman ki, o, hansısa tibbi prosedurdan sağ çıxıb"- deyə Qonçarenko bildirib.
Xatırladaq ki, Pentaqonun dərc olunan məxfi sənədlərində deyilir ki, Putin kimyaterapiyada olarkən onun generalları Ukraynada müharibəni pozmağa cəhd ediblər.
Daha əvvəl bildirilmişdi ki, Putin Şoyqu ilə görüşdə yenidən açılmış müharibə planlarını müzakirə edib./sfera.az