Xəbər lenti
ABŞ-ın səmasında naməlum obyekt görüntüləndi - VİDEO

Manevr.az xəbər verir ki, Tod Salatın sözlərinə görə, getdikcə böyüyən obyekt bir neçə dəqiqə ərzində başının üstünü əhatə edib.
Vəziyyətə Alyaska Feyrbenks Universitetinin geofizika üzrə dosenti, kosmik fizik Don Hempton aydınlıq gətirib. Onun sözlərinə görə, müəmmalı spiralın yadplanetlilərlərlə deyil “Space X”lə əlaqəsi var. Belə ki, görüntüdən bir neçə saat əvvəl Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “Falcon 9” raketi ilə 51 peyk buraxılıb.
Hempton bildirib ki, bəzən raketlər buraxılarkən artıq yanacaq problemi yaranır, sonra isə artıq yanacaq boşaldılmalı olur. Onlar da atmosferdə yanaraq qeyri-adi izlər buraxırlar. Yanacaq emissiyalarında donmuş su buxarı günəş işığı altında mavi-ağ olur. Bu, spirala daha da qeyri-adi və hətta yadplanetli görünüş verir.
Xatırladaq ki, fevral ayında ABŞ üzərində səmada uçan naməlum obyekt qeydə alınmışdı. Sonradan bunun Çinə məxsus aerostat olduğu öyrənildi.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar