Xəbər lenti
Paşinyan keçmiş naziri müharibə ilə bağlı debata çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 18-də Milli Assambleyanın növbədənkənar iclasında "Ermənistan hökumətinin 2021-2026-cı illər) proqramının 2022-ci il üçün icrasının gedişi və nəticələri haqqında" hesabatın müzakirəsi zamanı keçmiş xarici işlər naziri Vardan Oskanyanı debata çağırıb.
Manevr.az news.am-a istinadən xəbər verir ki, Paşinyan Oskanyanın xüsusilə, 44 günlük müharibənin vəziyyətini araşdırmaq və müharibədən əvvəlki danışıqlar prosesini müzakirə etmək üçün parlament komissiyasına gəlməsini təklif edib.
Baş nazirin sözlərinə görə, onu müəyyən addımlarda və müharibənin yaxınlaşmasında ittiham edən insanlar onun yerində olsaydılar, görəcəkləri tədbirləri addım-addım təsvir edə bilərlər. “Vardan Oskanyanın nazir olduğu illərdə Madrid prinsipləri təqdim edildi ki, bu da danışıqlarda bu “qarışıqlığı” daha da gücləndirdi. 2018 və ya 2019-cu ildə mənə nə məsləhət vermək niyyətində olduğunu izah etsin”, - Paşinyan bildirib.
Nazirlər Kabinetinin rəhbəri həmçinin, əmin edib ki, 44 günlük müharibənin səbəb və şəraitini araşdırmaq üçün komissiya qarşısına çıxmaq niyyətindədir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar