Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Fəlakət yaxınlaşır, səfərbərlik elan edilsin! – Abovyandan təcili çağırış

Tarix: 17-04-2023 12:14     Baxış: 3281 A- / A+


Azərbaycan bütün Ermənistan sərhədi boyunca güclənir.
Manevr.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin eks-deputatı Arman Abovyan çıxış edib.
O, guya Azərbaycanın bu istiqamətlərdə Ermənistan daxilinə zərbə endirilməsinə hazırlıq üçün minibazalar qurduğunu iddia edib.
Abovyan Paşinyan hakimiyyətinin məhz buna görə qorxuya düşdüyünü söyləyib:
“Hakimiyyət yaxınlaşan fəlakət qarşılığında nə edir? Səfərbərlik elan edirmi? Yox. Təcili silah alırmı? Yox. Əhalini yeni eskalasiyaya hazırlıq üçün informasiya siyasəti aparırmı? Yox, əksinə özünün dezertirlər, 5-ci kolon, satqınlar bəyanatları ilə hər şeyi edir ki, insanların Azərbaycana qarşı müqavimətini qırsın. Paşinyan hakimiyyəti müttəfiqlərlə qarşılıqlı fəaliyyət üçün işlənmiş bütün prinsipləri aktiv formada məhv edir. Yəni Ermənistan hakimiyyəti bizi müqavimətə yox, məğlubiyyətə hazırlayır”.
Qeyd edək ki, rəsmi Bakı heç bir ölkənin torpağında gözü olmadığını daha əvvəl dəfələrlə bəyan edib və sülh prosesinə sadiq qaldığını açıqlayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar