Xəbər lenti
Putin nüvəyə əl atmayacaq, Krımı vurun! - Volker
Artıq hazırkı mərhələdə Ukrayna Krımı Rusiyadan təcrid etməlidir.
Manevr.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
"Krım Ukraynanın gələcək təhlükəsizliyi üçün çox vacibdir, çünki yarımadaya nəzarət olmadan dəniz təhlükəsizliyini təmin etmək çox çətin olacaq. İndi Krımı hərbi güclə ələ keçirməyə ehtiyac yoxdur. Krımı Rusiyadan təcrid etmək lazımdır. Xüsusən, Krım körpüsünü yenidən vurmaqla bunu etmək olar. Ola bilsin ki, Sevastopoldakı hərbi baza məhv edilə bilər. Bu addımlar Krımı hərbi baza kimi istifadə etməyi çətinləşdirəcək və onu Rusiyanın dəstəyindən məhrum edəcək. Düşünürəm ki, Ukrayna bunu indi edə bilər", - o vurğulayıb.
Onun sözlərinə görə, insanlar Rusiyanın nüvə və ya kimyəvi silahdan istifadə edə biləcəyindən narahatdır:
"Bu istiqamətdə eskalasiyanın olacağını düşünmürəm. Rusiyanın nüvə silahından istifadə etmə ehtimalı kifayət qədər aşağıdır. Hətta taktiki səviyyədə Rusiyanın öz qoşunlarını məğlubiyyətdən qorumaq üçün texnikası yoxdur. Çin və Hindistan Putinə nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq ediblər".axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar