Xəbər lenti
Keçmiş siyasətçi və qardaşı canlı yayımda güllələndi - VİDEO
Hindistanın keçmiş siyasətçisi, adam oğurluğunda təqsirli bilinən Atik Əhməd qardaşı ilə birlikdə televiziyada canlı yayımda güllələnib.
Manevr.az xəbər verir ki, polisin müşayiəti altında olan Əhməd Allahabad kimi tanınan Prayaqrac şəhərində jurnalistlərə müsahibə verərkən başına silah tuşlanıb.
Hadisədən sonra özlərini jurnalist kimi təqdim edən üç kişi təslim olub və nəzarətə götürülüb.
Əhmədin yeniyetmə oğlu bir neçə gün əvvəl polis tərəfindən güllələnərək öldürülmüşdü.
Əhməd daha əvvəl polisin onun həyatını təhdid etdiyini iddia etmişdi.
Polisin bildirdiyinə görə, hücum etdiyi iddia edilən üç şəxs motosikletlə hadisə yerinə gəlib. Hadisə yerində bir polis və bir jurnalist də yaralanıb.
Şənbə gecəsi baş verən hadisədən sonra baş nazir Yoqi Adityanatx qətllərlə bağlı məhkəmə araşdırması aparılmasına göstəriş verib və Uttar Pradeş ştatının bəzi yerlərində böyük toplantıları qadağan edib.
Keçmiş millət vəkili Əhməd və qardaşı polis nəzarətində idi.
Onların hər ikisi 2005-ci ildə regional “Bahujan Samaj” partiyasına mənsub deputat Raju Palın qətlinin əsas şahidi olan Umesh Palın öldürülməsi ilə əlaqədar həbs edilib.
Əhməd 2019-cu ildə adam oğurluğunda təqsirli bilinərək həbs edilib.
Atikin yeniyetmə oğlu Əhməd Əsəd və qətl işi ilə bağlı axtarışda olan başqa bir şəxs bu həftə baş verən atışmada polis tərəfindən öldürülüb.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar