Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Braziliya prezidenti ABŞ-ı Ukraynadakı münaqişəni "alovlandırmaqda" ittiham edib

Tarix: 15-04-2023 11:17     Baxış: 3206 A- / A+

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ı Ukraynadakı münaqişəni qızışdırmaqda günahlandırıb və Vaşinqtonu sülh yolu ilə nizamlanmaya davam etməyə çağırıb.
Manevr.az TASS-a istinadən xəbər verir ki, o, Pekini tərk etməzdən əvvəl jurnalistlərlə fikirlərini bölüşüb.

Lula da Silva qeyd edib ki, Aİ də sülh yolu ilə həll haqqında danışmağa başlasa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski anlayacaqlar ki, “hamı sülh istəyir”.

Braziliya liderinin sözlərinə görə, qonşu ölkələr arasında indiki münaqişəni “ailə davası” ilə müqayisə etmək olar. Siyasətçi Çin və Braziliya ilə yanaşı, Moskva və Kiyev arasında danışıqlarda vasitəçi olmağa hazır olan dövlətlərin axtarışının vacibliyini qeyd edib.

Lula da Silva daha əvvəl demişdi ki, Krımın statusu “müzakirə oluna bilməz”, Ukrayna prezidenti Vladimir Zelenski isə “istədiyi hər şeyi diləyə bilməz”. Bundan əlavə, Braziliya prezidenti Qərbin Ukrayna ilə bağlı mövqeyini pisləyib, ABŞ və Aİ-nin münaqişəyə sürətlə daxil olmasını tənqid edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar