Xəbər lenti
Bu ölkə öz nüvə enerjisindən tamamilə imtina edir
Aprelin 15-də Almaniya işləyən son üç - “İzar-2”, “Nekkarvesthaym-2” və “Emsland” Atom Elektrik Stansiyalarının fəaliyyətini dayandıracaq.Almaniya 60 ildən artıq müddətdən sonra tarixi addım ataraq öz nüvə enerjisindən tamamilə imtina edəcək.
Hakimiyyət son atom elektrik stansiyalarını 2023-cü il yanvarın 1-nə qədər dayandırmağı planlaşdırırdı, lakin Ukraynadakı münaqişə və Rusiyadan enerji təchizatı ilə bağlı vəziyyət nəzərə alınaraq, istismar müddətini aprelin 15-dək uzatmaq qərara alınıb.
Almaniya hökuməti bu tarixdən sonra stansiyaların fəaliyyətini bir daha uzatmayacaq. Atom elektrik stansiyalarının mərhələli şəkildə dayandırılması barədə qərar hələ 2011-ci ildə o vaxt kansler postunu tutan Angela Merkelin dövründə Yaponiyanın “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra qəbul edilib.
Eyni zamanda, Almaniya 2023-cü ildə kömür və neft, 2024-cü ilə qədər qaz təchizatını əvəz etməyi planlaşdırır. Ölkə 2045-ci ilə qədər iqlim neytrallığına nail olmaq və tamamilə yaşıl enerjiyə keçmək istəyir.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























